Modern.az

Vətən oğlu “Vətən oğlu” ordeninə layiq görüldü

Vətən oğlu “Vətən oğlu” ordeninə layiq görüldü

Aktual

12 Dekabr 2023, 14:20

İyirmi ilə yaxındır ki, “Dədə Qorqud” Milli Fondunun “Azərbaycan dünyası” Beynəlxalq dərgisi ilə birgə təsis etdiyi “Vətən övladı” layihəsi həyata keçirilir. Bu müddət ərzində mükafat Azərbaycanın say-seçmə övladlarına, Milli qəhrəmanlara, elm, ədəbiyyat və incəsənət xadimlərinə, dövlət başçılarına, din xadimlərinə, vətən, dövlət qarşısında xidməti olan insanlara təqdim edilib. Mükafatın təqdim edildiyi insanlar sırasında ölümlərindən sonra Milli qəhrəmanlar Mübariz İbrahimov, Viktor Aqarunov, elm və incəsənət xadimləri akademik Ziya Bünyadov, Tahir Salahov, Məmməd Araz kimi korifeylərin adı var. Mükafatın təsisçisilərindən birinin, Türk xalqlarının vahid  mənəviyyat siması olan Ulu Dədə Qorqudun adını daşıyan Milli Fondun olması  onun Türk dünyasının təşəkkülü üçün əhəmiyyətini  ifadə edir. Təsadüfi deyil ki, mükafatı alanların sırasaında Qazaxıstanın görkəmli yazıçısı, tanınmış ictimai-siyasi xadim Oljes Süleymenov, Dağıstan Respublikasının sabiq prezidenti Muxu Əliyev, Tatarıstan Respublikasının sabiq prezidenti Mintimer Şaymiyev kimi simalar var.

“Vətən övladı” mükafatı ayrı-ayrı vaxtlarda görkəmli Azərbaycan alimi, Əməkdar Elm xadimi, akademik Arif  Paşayevə, Ukraynanın sabiq prezidenti Leonid Kuçmaya, Azərbaycanın Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova  da təqdim edilib. Vətən qarşısında xüsusi xidmətləri olan şəxsiyyətlərin Dədə Qorqud” Milli Fondunun “Azərbaycan dünyası” Beynəlxalq dərgisi ilə birgə təsis etdiyi müxtəlif nominasiyalı mükafatlara layiq  görülməsi bu gün də davam edir.

Bu günlərdə isə Azərbyacan mühəndislik elminin inkişafında müstəsna xidmətlərinə, dünya elminə verdiyi töhvələrə görə, mühəndislik fəlsəfəsinin banisi, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının «Nəqliyyat mexanikası» kafedrasının müdiri, görkəmli alim, akademik Əhəd Xanəhməd oğlu Canəhmədov “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” dərgisinin təsis etdiyi “Vətən Övladı” ordeni ilə təltif olunub. Ə. Canəhmədov  Azərbaycanın o nadir şəxsiyyətlərindəndir ki, tribalogiya elmi sahəsində dünyanın tanınmış alimləri onu yüksək dəyərləndirir, elmi nailiyyətlərini tribalogiyada əsl hadisə adlandırırlar. Azərbaycanı dünyanın ən ali elmi məclislərində, simpoziumlarda, konfranslarda ləyaqətlə təmsil edən Əhəd müəllim ölkəmiz, vətənimiz, xalqımız adına xeyli uğurlara imza atıb. Son illər isə alimin “Mühəndislik fəlsəfəsi” sahəsində ərsəyə gətirdiyi fundamental əsərlər ona dünya şöhrəti qazandırıb. Elmdə bu sahə tamamilə yenidir və onun banisi, haqqında söhbət açdığımız akademik Əhəd Canəhmədovdur. Yeni olduğu qədər də maraqlı və hamının diqqət dairəsində olan bu fəlsəfi baxışlar  dünyanın yaranışından həyatın təşəkkülünə qədər baş verən hadisələrin mühəndisi ölçmələr, dəqiq hesablamalar nəticəsində baş verdiyini izah edir. Mühəndislik fəlsəfəsinə görə planetlərin, kainatın nizamı dəqiq hesablanmış və hərəkətə gətirilmişdir. Təbiətin, həyatın nizamında da bir mühəndisıik fəlsəfəsinin varlığı ideyası gündə rastlaşdıqlarımızın fələsfi təsdiqindən ibarətdir. Əhəd müəllim dünya Mühəndislik elmində elə bir mükafat yoxdur ki, ona layiq görülməsin. Beynəlxalq elmi tədbirlədə alimimizin yeri bir qayda olaraq həmişə rəyasət heyətinə təyin olunur və qarşısında həmişə Azərbaycanın üç rəngli bayrağı qoyulur. Əhəd müəllim yüksəklərə həmişə Ölkəmizin bayrağının timsalında Azərbaycanla qoşa addımlayır.

Bütün bunları qeyd etməkdə məqsədimiz akademik Ə. Canəhmədovun “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” dərgisinin təsis etdiyi “Vətən Övladı” ordeni ilə təltif olunmasının səbəblərini göstərməkdir. Bəli, akademik Əhəd Canəhmədov bütün varlığı ilə Azərbaycanın ləyaqətli təmsilçisi və əsl Vətən övladıdır.

 

"Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri" Beynəlxalq elmi-texniki jurnalın redaksiyasında akademik Ə. Canəhmədova “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” dərgisinin təsis etdiyi “Vətən Övladı” ordeninin təqdim olunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə tanınmış ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov açaraq akademik Əhəd Canəhmədovun Azərbaycan qarşısında xidmətlərindən danışıb onun əməyini yüksək qiymətləndirib. O, indiyə qədər “Vətən Övladı”  mükafatına layiq görülənlər barədə məlumat verərək onların xidmətlərini qeyd edib və Əhəd müəllimin də həmin mükatla təltif edilməsinin tam ədalətli qərar olduğunu əsaslandırıb. Sonra E.İsmayılov təntənəli şəkildə akademik Əhəd Canəhmədova "Vətən övladı" qızıl ordenini təqdim edib. O, bildirib ki, alim bu mükafata "Dədə Qorqud" Milli Fondunun Ali Ağsaqqallar Şurasının və "Azərbaycan Dünyası" jurnalının qərarı ilə layiq görülüb. Tədbirdə iştirak edən Milli Aviasiya Akademiyasının kafedra müdiri Nazim Nağıyev, naşir Akif  Dənzizadə, şair-dramaturq, kino ssenariçi Eldar İskəndərzadə və başqaları akademik Ə. Canəhmədovu mükafat alması münasibəti ilə təbrik edərək alimin Azərbaycan və dünya elmi qarşısında xidmətlərindən, dünyada Azərbaycanı ləyaqətlə təmsil etməsindən,   yaradıcısı olduğu Mühəndislik fəlsəfəsindən, el ağsaqqalı kimi yüksək şəxsi keyfiyyətlərindən  danışıblar.

Sonda Ə. Canəhmədov mükafata görə minnətdarlığını bildirərək tədbir iştirakçılarına təşəkkür edib. Alim “hər mükafatın yeni bir məsuliyyət” olduğunu qeyd edərək bundan sonrakı fəaliyyətində də Azərbaycan adını yüksək tutacağını, qazanacağı növbəti uğurları da Azərbaycan adına həsr edəcəyini bildirib.  Biz də öz növbəmizdə görkəmli Azərbaycan alimini təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular