Modern.az

Bizi birləşdirən təkcə dostluq, strateji tərəfdaşlıq deyil, qardaşlığımızdır

Bizi birləşdirən təkcə dostluq, strateji tərəfdaşlıq deyil, qardaşlığımızdır

Aktual

13 Dekabr 2023, 00:44

Azərbaycan və Gürcüstan arasında iki ölkəni birləşdirən möhkəm qardaşlıq var.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycana səfərini şərh edərkən deyib.

 

Bildirilib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədovla görüşüb. Bu görüşlər çox məhsuldar olub.

 

“Bütün bu görüşlərdə, təbii ki, ölkələrimiz arasında münasibətlərdə mövcud olan mənəvi istək xüsusi vurğulandı. Bildirildi ki, bizi birləşdirən təkcə dostluq, strateji tərəfdaşlıq deyil. Bizi birləşdirən qardaşlıqdır. Biz, çətin anlarda bir-birimizə dəstək olan, bir-birinin sevincini bölüşən dostlarıq”, - deyə parlament sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu