Türkiyənin Şırnak vilayətinin bəzi bölgələrində xüsusi təhlükəsizlik zonası elan edilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazilər 15 gün nəzarətdə qalacaq.
Bildirilib ki, qeyd olunan ərazilər milli təhlükəsizliyin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarətə götürülüb.
Həmin ərailərin siyahısı budur: Şırnak mərkəzi ilə Cizre, Silopi sərhədində yerləşən Cudi dağı, Bestler Dereler bölgəsi, Kurt dağı, Kürəşin, Kel Mehmet Dağları, Serin Vadi, Faraşin, Altın Dağ , Güçlükonak, Uludere və Beytüşşebap rayonları, İncebel dağı, Oymakaya və Tanin bölgələri.