Modern.az

Çempionlar Liqasında 6-cı tur - NƏTİCƏLƏR

Çempionlar Liqasında 6-cı tur - NƏTİCƏLƏR

Aktual

13 Dekabr 2023, 09:00

Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start verilib.

Modern.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.

Türkiyənin "Qalatasaray" klubu səfərdə Danimarka "Kopenhagen"inə uduzub - 0:1.

Beləliklə, İstanbul təmsilçisi A qrupunu 3-cü pillədə başa vurub və ÇL-də mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

"Kopenhagen" isə qrup 2-cisi kimi ÇL-ə yüksəlib.

C qrupunda "Napoli" qrupu 2-ci pillədə tamamlayıb və ÇL-də 1/8 finala adını yazdırıb.

"Lans", "Braqa", "Benfika" da Avroliqada oynayacaq.

Qeyd edək ki, ÇL-də bundan əvvəl  "Arsenal", PSV, “Mançester Siti”, “Bavariya”, “İnter”, “Real Sosyedad”, “Real”, “Leyptsiq”, “Atletiko", “Barselona”, “Borussiya" (Dortmundo) və "Latsio" pley-offa vəsiqəni təmin edib.

 

A qrupu
 

"Kopenhagen" (Danimarka) - "Qalatasaray" (Türkiyə) - 1:0
"Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:1
 

Xallar: "Bavariya" - 16, "Kopenhagen" - 8, "Qalatasaray" - 5, "Mançester Yunayted" - 4.


B qrupu
 

"Lans" (Fransa) - "Sevilya" (İspaniya) - 2:1
PSV (Niderland) - "Arsenal" (İngiltərə) - 1:1
 

Xallar: "Arsenal" - 13, PSV - 9, "Lans" - 8,"Sevilya" - 2
 

C qrupu
 

"Napoli" (İtaliya) - "Braqa" (Portuqaliya) - 2:0
"Union" (Almaniya) - "Real" (İspaniya) - 2:3
 

Xallar: "Real" - 18, "Napoli" - 10, "Braqa" - 4, "Union" - 2
 

D qrupu
 

"Zalsburq" (Avstriya) - "Benfika" (Portuqaliya) - 1:3
"İnter" (İtaliya) - "Real Sosyedad" (İspaniya) - 0:0

Xallar: "Real Sosyedad" - 12, "İnter" - 12, "Benfika" - 4, "Zalsburq" - 4

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu