Modern.az

Rabitə xidmətində nasazlıq yarandı - Qatar gecikdi

Rabitə xidmətində nasazlıq yarandı - Qatar gecikdi

Aktual

13 Dekabr 2023, 09:14

Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu