Modern.az

Sarkisyan Qarabağdakı məğlubiyyəti həzm edə bilmir

Sarkisyan Qarabağdakı məğlubiyyəti həzm edə bilmir

Aktual

13 Dekabr 2023, 09:22

Ermənistan Respublikasının keçmiş prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan Polşa Respublikasının baş naziri seçilən Donald Tuska məktub göndərib.

Modern.az xəbər verir ki, Tusku Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Sarkisyan məktubda erməni millətinə məxsus məzlumluğu da ifadə edib.

Sarkisyan 17.10.2020-ci il tarixində Tuska yazdığı sonuncu məktubunu xatırladıb və bildirib ki, o vaxt ondan Avropada tanınan aparıcı siyasətçi kimi “Dağlıq Qarabağ” məsələsinə müdaxilə etməyi xahiş etmişdi.

Qarabağın artıq tamamilə Azərbaycanın nəzarətinə keçməsindən təəssüfləndiyini bildirən Sarkisyan “fikrimizcə, problem həll olunmayıb, sadəcə olaraq, belə həll oluna bilməz və “erməni Artsaxı”nın səhifəsi bağlanmayıb” deyə qeyd edib. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu