Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dekabrın 13-14-də Ermənistanda işgüzar səfərdə olacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 13-də Ermənistan XİN-də Ermənistan və Estoniya xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra Ararat Mirzoyan və Marqus Tsahknanın birgə mətbuat konfransı keçiriləcək.