Modern.az

Əsirlərin mübadiləsi bu gün Qazax və İcevan sərhədində OLACAQ

Əsirlərin mübadiləsi bu gün Qazax və İcevan sərhədində OLACAQ

Aktual

13 Dekabr 2023, 13:14

Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində əsirlərin  mübadiləsi həyata keçiriləcək.

Modern.az bildirir ki, bu barədə xəbəri “Turan” agentliyi məlumatlı mənbələrə istinadən yayıb.

Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə 2 azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə saxlanılıblar.


İki azərbaycanlı əsgər - Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.


Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu