Modern.az

"Qırmızı Xaç" bu gün azad olunan hərbçilərə baş çəkdi

Aktual

13 Dekabr 2023, 16:24

Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

 

BQXK həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb. Biz həmçinin təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb və söhbət aparıb. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI