Modern.az

İcra hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

İcra hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

Aktual

13 Dekabr 2023, 16:36

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında, icra başçısı, başçının müavinləri, RİH Başçısı aparatının şöbə müdirləri və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə nöbvəti qəbul keçirilib.

 

Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.

 

Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu