Modern.az

İmran Xana qarşı yeni ittiham irəli sürüldü

İmran Xana qarşı yeni ittiham irəli sürüldü

Aktual

13 Dekabr 2023, 17:04

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı yeni ittiham irəli sürüb.

 

Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, Pakistanın keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi gizli motivlərlə və şəxsi faydaları üçün, faktları təhrif edərək dövlət sirrini yaymaqda ittiham olunurlar.

 

Qeyd olunub ki, keçmiş nazirlər bununla Pakistan dövlətinin təhlükəsizliyini təhdid altında qoyublar.

 

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Bir qədər əvvəl keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlandığı həbsxanada keçirilib. Belə ki, ictimaiyyət nümayəndələrinin məhkəmə iclaslarında iştirakına icazə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu