Modern.az

Regionlarda həkim çatışmazlığı var

Regionlarda həkim çatışmazlığı var

Aktual

14 Dekabr 2023, 11:56

Bəzən vətəndaşlardan neqativ müraciətlər olur.

 

Modern.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 

 

"Bütün vətəndaş müraciətlərini dəyərləndiririk. Bəzən neqativ hallar olur. İxtisas üzrə regionlarda həkim  çatışmazlığı ilə bağlı problem olur. Vətəndaş bundan narazı olur. Bu istiqamətdə həll yolu axtarırıq. Xəstəxanada sıxlıqla bağlı da narazılıq var. Xəstəxanalara axın var. Bunun həlli olaraq randevu sistemini yoxlayırıq. Dekabrdan iki xəstəxanada pilot layihə olacaq", - o deyib.

 

Sədr qeyd edib ki, 18 dekabrdan başlayacaq pilot layihə kimi həyata keçiriləcək randevu sisteminə digər xəstəxanalarda keçəcək. 


"Biz bu sistemin mobil tətbiqlə həyata keçirilməsini nəzərdə tuturuq. Bu vətəndaşların daha sonra vaxtımı dəyişmək də olur. Həm də tətbiqinə istifadə edənlərin qiymətləndirilməsi işin necə görüldüyünü analiz etmək baxımından müsbətdit", - Zaur Əliyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu