Modern.az

Rəşad Dağlının şok görüntüləri yayıldı - VİDEO

Rəşad Dağlının şok görüntüləri yayıldı - VİDEO

Aktual

14 Dekabr 2023, 14:54

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb.

 

Modern.az xəbər verir ki, "Lent.az" həmin görüntüləri əldə edib.

 

Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir. 

 

İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İskəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:

 

“İskəndərin “boş gəlmə” sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”. 

 

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq polisə təslim olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu