Modern.az

Xaçmazda evləri su basıb - VİDEO

Xaçmazda evləri su basıb - VİDEO

Aktual

14 Dekabr 2023, 16:20

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu