Modern.az

Ağacların bitiş faizi payız-qış aylarında yüksək olur

Ağacların bitiş faizi payız-qış aylarında yüksək olur

Aktual

14 Dekabr 2023, 17:34

İqlim şəraitinə uyğun olaraq payızın sonu və qışın şaxtasız dövrü ağac əkini üçün əlverişli vaxt hesab edilir. Həmin mövsümlərdə havaların yağıntılı keçməsi səbəbindən torpaqda yaranmış nəmlik hesabına əkilən tinglərin bitiş faizi daha yüksək nəticə verir, havalar istiləşənə qədər formalaşmış kök sistemi hesabına tinglər normal böyüyüb inkişaf edir. Bu dövrdə alaq otlarının da olmaması kök sisteminin daha yaxşı inkişafına səbəb olur.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Modern.az-a bildirib ki, aparılan son iki ilin müqayisəli təhlillərinə görə, əkilən ağacların ümumi bitiş faizinin ən yüksək göstəriciləri payız-qış mövsümünə düşür.

 

“Odur ki, əkin işlərinin şaxtasız günlərdə, torpaq səthinin donmadığı vaxtlarda aparılması məqsədəuyğun hesab olunur. Subtropik regionlarda bu işləri il boyu yerinə yetirmək mümkündür. Aparılan əkin işlərində yerli şəraitə uyğunlaşmış növlərə, xüsusən də qışda yarpağı tökülən ağac cinslərindən palıd, vələs, fıstıq və ağcaqayına daha çox üstünlük verilməsi tövsiyə olunur”, - deyə V.Fərzəliyev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu