Modern.az

Orta məktəbdə maarifləndirmə tədbirləri keçirilir

Orta məktəbdə maarifləndirmə tədbirləri keçirilir

Aktual

14 Dekabr 2023, 18:27

ADY orta məktəblərdə dəmiryolu xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşləri keçirir.

 

Təhlükəsizlik ADY-nin dəyərlər sistemində ilk pillədə yer aldığından dəmiryolu xətlərinə yaxın yaşayış massivlərində və məktəblərdə yol-hərəkəti qaydalarından düzgün istifadə haqqında maarifləndirmə görüşləri keçirilir. 

 

Bu məqsədlə Sabunçu rayonu 67 saylı orta məktəbində növbəti görüş təşkil olunub. Məktəblilər dəmiryolu xətlərindən müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, test tapşırıqları icra ediblər. Görüşdə nümayiş etdirilmiş video çarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

 

ADY 2024-cü ildə əhali, xüsusi ilə məktəblilərlə maarifləndirmə kampaniyalarının təşkilinə xüsusi önəm verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu