Modern.az

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşəcək

Aktual

15 Dekabr 2023, 09:04

Dekabrın 22-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-317-58-00) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu