Modern.az

Türkiyəli iş adamları Qubada - FOTOLAR

Türkiyəli iş adamları Qubada - FOTOLAR

Aktual

15 Dekabr 2023, 10:32

13-14 Dekabrda MÜSİAD Azərbaycan-ın təşkilatçılığı ilə "Kənd Təsərrüfatı və Qida forumu" keçirilib.

 

Modern.az xəbər verir ki, MÜSİAD-ın Kənd Təsərrüfatı sektorunun rəhbəri Cemal Özen bəyin rəhbərlik etdiyi türkiyəli iş adamlarından ibarət heyətlə birlikdə Qubaya səfər təşkil edilib.

 

"Ümummilli lider Heydər Əliyevin büstünü və Qafqaz İslam Ordusunun naməlum əskərinin məzarını ziyarət edən heyyətimiz, daha sonra Quba Rayon İcra Hakimiyyətində, RİH Başçısının müavini cənab Tarıyel İbrahimovun rəhbərlik etdiyi heyətin qonağı oldu. Görüş zamanı Qubada ticarət və investisiya mühitiylə bağlı ətraflı təqdimat olundu, müzakirələr aparıldı", - MÜSİAD Azərbaycan-ın rəhbəri Rəşad Cabirli bildirib.

 

Qonaqlar Quba rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək Ümummilli Liderin şərəfli həyat yolu haqqında ətraflı məlumat alıb.

 

Nümayəndələr "ABAD istehsalat kompleksi"ni, "Budad" meyvə bağı və soyuducu anbarlarını ziyarət edib, istehsal proseslərilə tanış olub. Quba və Xaçmaz bölgəsində fəaliyyət göstərən sahibkarlarla türkiyəli qonaqlar arasında ikitərəfli görüşlər və müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu