Modern.az

"Heydər Əliyev və Azərbaycan statistikası" adlı tədbir keçirilib

Aktual

15 Dekabr 2023, 10:28

“Heydər Əliyev İli” çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı,  Kəlbəcər rayon Statistika İdarəsi ilə birlikdə "Heydər Əliyev və Azərbaycan statistikası" adlı tədbir keçirib.

 

Modern.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Statistika idarəsinin rəisi Ramil Salmanov və rayon idarə müəssisələrinin əməkdaşları iştirak ediblər.

 

Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hazırda dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Sədr Prezident İlham Əliyevin iqtisadi və sosial sahələrlə bərabər, siyasi arenada da Ali Baş Komandan olaraq xalqımızın tarixinə qızıl hərflərlə yazılan qələbələrə imza atdığını, yeni reallıqlar yaratdığını qonaqların diqqətinə çatdırıb.

 

Statistika idarəsinin rəisi Ramil Salmanov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanda siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması, davamlı inkişaf mərhələsinin başlanmasıdır. Məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində bugünkü dinamik inkişaf edən dayanıqlı iqtisadiyyatın təməli qoyulub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu - işğal altında olan ərazilərimizin azad edilməsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu reallaşdırıb.

 

Statistika idarəsinin rəis müavini Niyaməddin Cəfərov çıxış edərək bildirdi ki, Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Niyaməddin Cəfərov Kəlbəcər rayon statistik göstəriciləri barədə ətraflı məruzə etdi.

 

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən maliyyə və statistika sahələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu