Modern.az

Xaçmazda qanunsuz ağac emalı sexi AŞKARLANDI

Xaçmazda qanunsuz ağac emalı sexi AŞKARLANDI

Aktual

15 Dekabr 2023, 11:53

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

 

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu