Modern.az

Ümid edirik ki, tezliklə İrəvanla Bakı sülh sazişi imzalayacaq - Ceyms O`Brayn

Ümid edirik ki, tezliklə İrəvanla Bakı sülh sazişi imzalayacaq - Ceyms O`Brayn

Aktual

15 Dekabr 2023, 12:06

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə və tərəflər arasında həyata keçirilən əsir mübadiləsinə toxunub.

Modern.az xəbər verir ki, O`Brayn “Amerikanın Səsi”nə müsahibəsində bu mövzularda danışıb.

“Düşünürəm ki, iki ölkənin bir-biri ilə anlaşması və praktiki razılaşmalar əldə etməsi həqiqətən vacibdir. Əsirlərin azadlığa buraxılacağı ötən həftə elan edildi və bu həftə onlar artıq evdədirlər. Ölkələr beynəlxalq istəklərinə dair, məsələn, Azərbaycanın BMT-nin növbəti iqlim konfransına ev sahibliyi etməsi kimi bir-birlərinə dəstək nümayiş etdirən birgə bəyanat yayıblar. Ümid edirik ki, bu, hər iki ölkə üçün, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Belə dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulması istiqamətində mühüm addımdır. Ümid edirik ki, tezliklə tərəflərin sülh razılaşması əldə etdiklərinin şahidi olacağıq. Hər iki tərəf bunda maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa İttifaqındakı tərəfdaşlarımız və digər tərəflər bu işdə onlara kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar mümkün qədər tez bitsin, çünki sülhün tezliklə əldə olunması çox böyük fayda verəcək”, - deyə o vurğulayıb.

O'Brayn Vaşinqtonun iki xarici işlər naziri arasında bir neçə dəfə sülh danışıqları apardığını xatırladıb:
 

“Biz yenə kömək etməyə hazırıq. Hər iki tərəfi görüşməyə təşviq edirik və onlar bu istiqamətdə işləməyə hazır olduqlarını bildirib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu