Modern.az

Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi

Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi

Aktual

15 Dekabr 2023, 13:34

“Qarabağ”ın “Hakken” üzərindəki qalibiyyətindən sonra Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

 

Modern.az xəbər verir ki, Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

 

Ağdam təmsilçisi pley-offa yüksəldiyi üçün reytinqimizə daha 0,500 əmsal yazılıb. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.

 

Qeyd edək ki, reytinqdə İngiltərə 100,533 əmsalla birinci pillədədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu