Modern.az

Seçkilərə istənilən müdaxilənin qarşısı alınacaq - PUTİN

Seçkilərə istənilən müdaxilənin qarşısı alınacaq - PUTİN

Aktual

15 Dekabr 2023, 22:49

Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.

 

“Rusiyanın daxili işlərinə istənilən müdaxilə Rusiya qanunlarına uyğun olaraq yatırılacaq və sərt şəkildə yatırılacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, - deyə Putin bildirib.

 

O, ölkədə yeganə hakimiyyət mənbəyinin xalq olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu