Modern.az

Müdafiə Nazirliyində vacib TOPLANTI

Müdafiə Nazirliyində vacib TOPLANTI

Aktual

16 Dekabr 2023, 12:54

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

 

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza