Modern.az

Sabiq icra başçısı vəfat etdi 

Sabiq icra başçısı vəfat etdi 

Aktual

16 Dekabr 2023, 13:02

1994-1999-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyətinə rəhbərlik edən İnqilab Nadirov bu gün vəfat edib.

 

Modern.az xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.

 

O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza