Modern.az

Ali Məclisin növbəti iclasının GÜNDƏLİYİ 

Ali Məclisin növbəti iclasının GÜNDƏLİYİ 

Aktual

16 Dekabr 2023, 13:28

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, iclas 2023-cü il 18 dekabr tarixdə keçiriləcək.

 

İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza