Modern.az

Prezident seçkilərində daha bir NAMİZƏD

Prezident seçkilərində daha bir NAMİZƏD

Aktual

17 Dekabr 2023, 11:05

Fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində daha bir nəfərin namizədliyi irəli sürülüb.

 

Modern.az xəbər verir ki, Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə partiyanın sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb.

 

Digər bir qərarla partiyanın seçki qərargahı yaradılıb və səlahiyyətli nümayəndələr təyin edilib.

 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və deputat Zahid Oruc da namizədliyini irəli sürəcəklərini açıqlayıb. AXCP və Müsavat partiyaları seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza