Modern.az

Bakı-Naxçıvan reysindəki gecikmələrlə bağlı rəsmi AÇIQLAMA

Bakı-Naxçıvan reysindəki gecikmələrlə bağlı rəsmi AÇIQLAMA

Aktual

17 Dekabr 2023, 19:40

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

 

Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

 

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

 

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza