Modern.az

Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana ÇATDIRILDI

Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana ÇATDIRILDI

Aktual

18 Dekabr 2023, 07:40

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) əlverişsiz hava şəraiti (duman) səbəbindən təxirə salınmış Bakı-Naxçıvan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

 

Bu barədə Modern.az-a aviaşirkətdən bildirilib.

 

Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə əldə edə bilərlər.

 

Xatırladaq ki, daha öncə AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza