“Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Əvvəlki dövrlərdə də Azərbaycan bir çox mühüm tədbirlərə ev sahibliyi edib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərməsəi deməkdir”
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsinə münasibət bildirərkən deyib.
“Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya iqlimi hazırkı dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Bbütün dövlətlər iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, OP29-da da Azərbaycan öz sözünü deyəcək. Çünki Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir”, - Ceyhun Məmmədov bildirib.