Türkiyə və Macarıstan prezident Rəcəb Tayyib Ərdoğanın Budapeştə səfəri zamanı müxtəlif sahələrə dair 16 əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır.
Modern.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edir.
Səfər zamanı Ərdoğanın Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla görüşü gözlənilir. Yüksək səviyyəli ikitərəfli strateji əməkdaşlıq şurasının iclası planlaşdırılır.
Tərəflər həmçinin Türkiyənin Avropaya inteqrasiyası və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün – dekabrın 18-də Macarıstana səfər edəcək.