Modern.az

Bakıda sərnişin avtobuslarının sayı normadan azdır - AYNA sədri

Bakıda sərnişin avtobuslarının sayı normadan azdır - AYNA sədri

Aktual

18 Dekabr 2023, 11:34

2022-ci il sentyabrın 15-nə olan məlumata görə, Bakıda xəttə çıxmalı olan sərnişin avtobuslarının sayı 2 244 əvəzinə 1 730 olub.

 

Modern.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.

 

Bundan başqa, onun sözlərinə görə, ötən ilin statistik rəqəmləri göstərib ki, daşıyıcılardan 5-nin avtobus parkının orta yaxşı 7 il, qalan 22-nin isə 12 il olub.

 

"Azərbaycanda avtobus parkı köhnə olan daşıyıcıların sayı çoxdur. Vəziyyətdən çıxış yolu kimi 270-dən çox yeni avtobusun istismara qaytarılması planlaşdırılır", - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza