Modern.az

Nizami rayonunda yolların əsaslı təmirinə pul ayrıldı

Nizami rayonunda yolların əsaslı təmirinə pul ayrıldı

Aktual

18 Dekabr 2023, 13:20

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsində 450 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza