Modern.az

Bakı-Sumqayıt yolunda sürücülərə qarşı cəzalar SƏRTLƏŞDİRİLİR

Bakı-Sumqayıt yolunda sürücülərə qarşı cəzalar SƏRTLƏŞDİRİLİR

Aktual

18 Dekabr 2023, 13:26

Bakı-Sumqayıt yolunda avtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqdan digər nəqliyyat vasitələrinin istifadə etməməsi üçün cəza tədbirləri sərtləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.

 

"Bu zolağa çıxan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Onların cəzalandırılması üçün tədbirlərin sərtləşdirilməsi imkanını nəzərdən keçiririk. Bu yolda monitorinq üçün avadanlığın quraşdırılması və digər tədbirlərin görülməsi planlaşdırılır. Müvafiq layihə artıq hazırlanıb və yeni qanun tezliklə qüvvəyə minəcək", - deyə nazir müavini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza