Modern.az

“İmperatoram, söz deyən olsa, əlbəyaxa döyüşərəm” - Cavanşir Məmmədov

“İmperatoram, söz deyən olsa, əlbəyaxa döyüşərəm” - Cavanşir Məmmədov

Aktual

18 Dekabr 2023, 14:28

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti İlhamə Quliyevadan sonra yerli şou-biznesə nizam verdiyini bildirib.

 

O, hazırda Azərbaycan şou biznesində ağsaqqal olduğunu, “İmperator” titulu daşıdığını deyib.

 

“İlhamə heç kimlə əlbəyaxa olmurdu, amma mən, yeri gəlsə, olaram. Mən kişiyəm. Birdən kimsə durub sözümün önündə söz desə, xasiyyətimə bələd insanam, düz alınmaz. Şou-biznesdə heç kimin işinə qarışmıram. Heç bir sənət adamı ilə oturub durmuram. Xasiyyətimə görə hərəkət edirəm”, - Əməkdar artist qeyd edib.

 

Cavanşir Məmmədov müasir şou-biznes nümayəndələrinin, xüsusən xanımların görünüşünü tənqid edib:

 

"Ağızlarına protez dişlər qoydururlar. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Hələ bu azmış kimi, dodaqlarını da şişirdir edir, nə boyda. Sənin haranı bəyənib, haranı tərifləyək?”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza