Modern.az

Xəstəxanalarda qidalanma vaxtları TƏSDİQLƏNDİ

Xəstəxanalarda qidalanma vaxtları TƏSDİQLƏNDİ

Aktual

18 Dekabr 2023, 14:48

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat” təsdiq edilib.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, təlimat Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB-in  Nizamnaməsinə uyğun olaraq hazırlanıb.

Pasiyentlərin qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır: səhər yeməyi – 08:00–09:00, birinci ara yemək – 11:00, nahar yeməyi 13:00–15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00–20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər.

Xüsusi pəhriz tələb etməyən xəstələrin qidalanması gündəlik 3-4 dəfə və yeməklər arasında fasilə 4-5 saat olaraq nəzərdə tutulmalıdır. Yeməklər arası fasilənin 2 saatdan tez olması məqsədəuyğun deyil.

Əksər xəstələrdə pəhriz masasına görə qidalanma gün ərzində 5-6 dəfə müalicə həkimi və ya həkim-diyetoloq tərəfindən təyin edilə bilər.

Böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınması tövsiyə olunur.

"Tibb müəssisələrində qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən nümunələr götürülərək analiz edilir", - TƏBİB-dən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza