Modern.az

COP29-la bağlı qrant müsabiqəsi elan ediləcək

COP29-la bağlı qrant müsabiqəsi elan ediləcək

Aktual

18 Dekabr 2023, 15:22

COP29-la bağlı gələn il yeni bir qrant müsabiqəsinin elan olunması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

 

O bildirib ki, iqlim məsələləri daim qeyri-hökumət təşkilatlarını düşündürən məsələlərdəndir: "İlkin hesablamalara görə, Azərbaycanda keçiriləcək COP29 tədbirinə 80 minə yaxın qonağın gələcəyi düşünülür. Ekologiya bizim üçün çox aktual məsələlərdəndir. 30 ilə yazın işğal altında qalan ərazilərimizdə ermənilər ciddi ekoloji pozuntulara yol verib, meşələrimiz qırılıb, çaylarımıza zəhərli tullantılar buraxılıb. Bu gün dövlətimiz həmin ərazilərdə ekoloji yönümlü bir sıra layihələr həyata keçirir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza