Modern.az

Azərbaycan və İraq XİN-ləri arasında Anlaşma Memorandumu təsdiqləndi

Azərbaycan və İraq XİN-ləri arasında Anlaşma Memorandumu təsdiqləndi

Aktual

18 Dekabr 2023, 15:38

rezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, Fərmanla 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

 

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza