Modern.az

Axtarışda olan 217 nəfər SAXLANILDI

Axtarışda olan 217 nəfər SAXLANILDI

Aktual

19 Dekabr 2023, 09:52

Dekabrın  18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 217, o cümlədən borclu şəxs qismində axtarışda olan 201 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 

Dekabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat, 2 ədəd patron darağı,  48 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza