Modern.az

Sənədi olmayan daha 12 ədəd ov tüfəngi götürüldü

Sənədi olmayan daha 12 ədəd ov tüfəngi götürüldü

Aktual

19 Dekabr 2023, 10:40

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan tədbirlər nəticəsində son iki gün ərzində şəhər sakinləri tərəfindən 12 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza