Modern.az

Stomatoloji kabinetdən 9 qızıl diş OĞURLANDI

Stomatoloji kabinetdən 9 qızıl diş OĞURLANDI

Aktual

19 Dekabr 2023, 11:28

Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza