Modern.az

Prezident bu qurumun müştərək maliyyələşməsini daha bir il təxirə saldı

Prezident bu qurumun müştərək maliyyələşməsini daha bir il təxirə saldı

Aktual

19 Dekabr 2023, 13:34

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınıb.

 

Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

 

Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

 

Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə qanunda qeyd olunan müvafiq maddənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza