Modern.az

Əziz Orucova əlavə ittiham verildi

Əziz Orucova əlavə ittiham verildi

Aktual

19 Dekabr 2023, 14:28

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

 

Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

 

Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza