Modern.az

Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Aktual

19 Dekabr 2023, 14:48

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanadamüalicəsi başa çatıb.

 

Modern.az xəbər verir ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb. 

 

Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə buraxılacağı bildirilib. 

 

PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik yoxdur. 

 

Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdü. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza