Modern.az

“Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verildi - FOTO

“Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verildi - FOTO

Aktual

19 Dekabr 2023, 15:44

Bu gün Bakı Biznes və Kooperasiya Kollecinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir neçə kollecin iştirakı ilə “Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verilib.

 

Bakı Biznes və Kooperasiya Kolleci tərəfindən təşkil olunan yarışın açılışında vurğulanıb ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “2023-cü il – Heydər Əliyev İli” çərçivəsində respublikamızda və respublikamızdan kənarda böyük tədbirlər, təntənəli mərasimlər, beynəlxalq konfranslar və müxtəlif növ idman yarışları təşkil olunur. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan bu tədbirlərin təşkilində ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin xüsusi fəal iştirak etməsi olduqca təqdirəlayiq haldır. Silsilə görüşlərin, bilik və idman yarışlarının təşkilində əsas məqsəd tələbələrimizin təhsil həyatının daha səmərəli təşkil olunması ilə yanaşı Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək, yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılması, dostuq və vətənpərvərlik hislərinin aşılanmasından ibarətdir.

 

Belə ki, idman yarışı 18-29 dekabr 2023-cü il tarixləri arasında Azərbaycan Kooperasiya Universitetinin stadionunda (AKU Arena) baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza