Modern.az

AZAL-dan Naxçıvana getmək istəyən sərnişinlərə TÖVSİYƏ

AZAL-dan Naxçıvana getmək istəyən sərnişinlərə TÖVSİYƏ

Aktual

19 Dekabr 2023, 17:16

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

 

Bu barədə Modern.az-a AZAL-dan bildirilib.

 

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza