Modern.az

Qızılağac Milli Parkında koloniyalar haqqında

Qızılağac Milli Parkında koloniyalar haqqında

Aktual

19 Dekabr 2023, 16:48

1-2-3-cü koloniyalar

Qızılağac Milli Parkında 2023- cü ildə Kiçik körfəz ərazisində keçən il ilə koloniyaları müqayisə etsək  koloniyaların sayı və sahəsi artmışdır. Kiçik körfəzdə su bitkiləri həddindən artıq inkişaf etdiyindən suyun üst qatını çox ərazidə     örtmüşdür. Su bitkilərinin olması quşların yuva qurması üçün əlverişli şərait yaradır. Kiçik körfəzdə 15 ha – dan çox ərazidə müxtəlif növdən quşlar koloniya quraraq, yuva quryub , bala çıxarırlar.Bu növ quşlardan ağyanaq susüpürən, ağqanad susüpürən,caydaq cüllüt, göl qağayısı,     kiçik və böyük batağanlardır. 


 

4- cü koloniya

Milli Parkın  ərazisində 4- cü koloniya Qızılağac və İtdişi postlarının  ərazisində müxtəlif növ quşlardan ibarət olmuşdur. Koloniyanın sahəsi 6,5 ha – dır. Koloniya yerlərinə baxış keçirən zaman ərazidə suyun səviyyəsi orta hesabla  60 sm - ə yaxın   olmuşdur. Koloniyada müxtəlif növ qamış, yolğun, su bitkiləri inkişaf etmişdir. Koloniyada yuva qurub bala çıxaran quşlardan Qaranaz, Misir vağı, Qırıldaq, Kiçik  ağnaz, Böyük ağnaz quşlardır. Cədvəldən göründüyü kimi qarışıq koloniyadan olan quşlardan üstünlük təşkil edən Qaranaz, Kiçik ağnaz və Böyük ağnaz quşlarıdır

 

5- ci koloniya

Milli Parkın Xəzər postu ərazisində 5- ci koloniya yerləşir.Bu koloniya yeni yaranmış koloniyadır. Koloniyada 3       növdən ibarət olan quşlar məskunlaşmışdır. Bunlar Kiçik ağnaz, Böyük ağnaz və Kiçik    qarabatdaq quşlarıdır.Koloniya olan ərazi qamışlıq, dalalıq və şoranlıq sahələrdən ibarətdir.Suyun səviyyəsi orta hesabla 35 – 40 sm- ə yaxındır.Keçən bu il ərazidə   koloniya olmamışdır.  Bu il isə suyun olması hesabına yeni koloniya yaranmışdır. Sahəsi 1 ha – dan ibarətdir.

 

6- cı koloniya

 

6 – cı koloniya Milli Parkın Ağquşa postu ərazisində hər il olduğu kimi bu ildə olmuşdur. Bu ərazidə də müxtəlif növdən olan quşlar məskunlaşmışdır. Koloniyanın sahəsi təqribən 4 ha –dan artıq ərazini əhatə etmişdir. Burada yuva qurub bala çıxardan quşlardan  Kiçik qarabatdaq, Böyük qarabatdaq, ərsindimdik,Kiçik ağnaz, Böyük ağnaz və qaranaz quşlarıdır.Bu quşların koloniya əmələ gətirdiyi yer keçən ildən fərqli olaraq bu il Qaraquş postu istiqamətinə yerini dəyişmişdir.Koloniya olan ərazidə yolğun ağacları, sıx qamışlıq, su – bitkiləri  üstünlük təşkil edir. Müşahidə aparılan zaman suyun səviyyəsi 25-30 sm-dən 50 sm-1m- ə qədər olmuşdur.Bu ərazilərdə müxtəlif növdən olan quşlar yuva quraraq bala çıxarırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza