Modern.az

Dövlət qurumunda yeyinti: 1 milyon manatdan çox...

Dövlət qurumunda yeyinti: 1 milyon manatdan çox...

Aktual

20 Dekabr 2023, 09:08

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

 

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

 

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza