Modern.az

Prezident bütün ictimai-siyasi və tarixi proseslərin favoritidir

Prezident bütün ictimai-siyasi və tarixi proseslərin favoritidir

Aktual

20 Dekabr 2023, 09:32

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri ölkəmizdə yeni bir dövrün, dövlətimizi daha da gücləndirəcək, beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirəcək, inkişafın yeni mərhələsinə daşıyacaq, növbəti tarixi mərhələnin başlanğıcı olacaq. 


Bu sözləri Modern.az-a millət vəkili Azər Kərimli deyib. 


Azər Kərimli milli həmrəyliyin və özünüdərkin yüksəliş dövrünü yaşayan Azərbaycan xalqının seçkilərdə daha böyük ruh yüksəkliyi ilə iştirak edəcəyinə əminliyini bildirib: “Seçkinin hər bir Azərbaycan vətəndaşı üçün ən böyük əhəmiyyəti bu tarixi hadisənin müstəqillik tariximizdə ilk dəfədir ki, ölkənin bütün ərazilərində keçirilməsidir. Bu seçkidə, həm də bir Zəfər ruhu, qələbə əzmi var. 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərini fərqləndirən ən önəmli cəhətlərdən biri də ondan ibarətdir ki, bu seçkidə seçicilər, sadəcə Azərbaycan vətəndaşları kimi öz aktiv seçki hüquqları gerçəkləşdirməklə kifayətlənməyəcəklər, həm də vəfa borclarını yerinə yetirəcəklər. Əslində, növbədənkənar Prezident seçkilərinə bir xalq olaraq, iştirakımızın mahiyyətini də məhz bu amil təşkil edəcək”.  


Millət vəkili qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan təkcə qarşıdan gələn prezident seçkilərinin favoriti deyil, o, bütün ictimai-siyasi və tarixi proseslərin favoritidir: “Azərbaycan xalqının 200 illik arzularını gerçəkləşdirən, Azərbaycanı məğlub bir ölkədən qalib və qürurlu bir dövlətə çevirən, ölkəmizin adını əzilən, istismara məruz qalan xalqlar üçün nümunəyə çevirən, idrakı, uzaqgörənliyi, qətiyyəti ilə dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandıran liderimizin adı milyonların yaddaşına, ürəyinə və şübhəsiz ki, tarixə qızıl hərflərlə, əbədilik olaraq, həkk olub. Qarşıdakı mərhələdə, Qarabağın, Şərqi Zəngəzurun və bütövlükdə bütün Azərbaycanın Cənubi-Qərbi və Mərkəzi Asiyanın əməkdaşlıq, təhlükəsizlik, inkişaf və rifah mərkəzinə çevriləcəyinin şahidi olacağıq. İşğaldan azad etdiyimiz ərazilərimiz, bütün resurslarıyla gücümüzə güc qatacaq, iqtisadi potensialımızı dəfələrlə gücləndirəcək, özəl sektorun, xüsusilə də kənd təsrrüfatının, türizmin, mədən sənayesinin inkişafına böyük töhfələr verəcək. Mütəxəssilərin hesablamalarına görə, işğaldan azad edilmiş ərazilərimizdə 167 növ müxtəlif faydalı qazıntı yatağı var və bu son hədd hesab olunmur, 500-dən artıq yatağın artıq formalaşmasına və ehtiyatların hesablanmasına imkanların olduğu bildirilir. Bütün bunlar yeni iş yerləri, ölkənin və əhalinin gəlirlərinin artması, yeni investisiyaların cəlbi deməkdir. Bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün əraziləri üzərində suveren hüquqlarının bərpası həm də istisadi potensialımızın bütövləşməsi və daha sürətli inkişaf üçün möhkəm baza formalaşdırılması deməkdir”. 


Azər Kərimli qeyd edib ki, 2020-ci ildən etibarən Cənubi Qafqazda, Cənubi-Qərbi və Mərkəzi Asiyada və bütün dünyada Azərbaycan əsri başlayıb: “Növbəti ildən etibarən tarixi Zəfərimizin ruhunu, dövlətimizin və xalqımızın potensialını bir araya gətirərək, ölkə həyatının bütün sahələrinin dinamik inkişafını stimullaşdıracaq yeniliklərlə zəngin tarixi bir mərhələyə şahidlik edəcəyik. Əminəm ki, tarixi Zəfərimizin memarı Azərbaycanı addım-addım yeni qələbələrə doğru aparacaq, xalqımızın bütün arzularını gerçəkləşdirəcəkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza