Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçicilərə müraciət edib.
Modern.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə çağırıb.
“Hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir. Bizim üçün hərbçidir, cəzaçəkmə olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”, - M.Pənahov qeyd edib.